CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MDB-də ən əlverişli ipoteka krediti şərtləri Azərbaycandadır

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidВид на город со смотровой площадки в Баку.
Вид на город со смотровой площадки в Баку. - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Ötən müddət ərzində ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3 faiz təşkil edib.
BAKI, 15 avqust — Sputnik. İpoteka kreditləri üzrə borcalanların iş yerlərinə görə pay bölgüsünə əsasən, onların 50 faizədək hissəsini özəl sektorda çalışanlar təşkil edir. İpoteka və Kredit Zəmanət Fondundan Sputnik Azərbaycan-a bildirilib ki, ipoteka kreditlərindən faydalananların 70 faizə yaxını gənclər və gənc ailələrdir.
MDB-də ən əlverişli ipoteka krediti şərtləri Azərbaycandadır
Məlumatda deyilir ki, ötən müddət ərzində ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3 faiz təşkil edib. MDB ölkələri ilə müqayisədə Azərbaycanda vətəndaşlar üçün ən əlverişli ipoteka krediti şərtləri tətbiq olunur.
Müqayisə üçün Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1 faiz, orta faiz 7,4 faiz təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13 faizdən başlayır.
Həmçinin oxuyun:
Böyüyən iqtisadiyyatımız, ucuzlaşan kağız və dövlət borcu - həftəni nə ilə qapadıq
Ekspert: “İpoteka kreditlərinin verilmə şərtləri nəzərəçarpacaq dərəcədə yaxşılaşıb”
Xəbər lenti
0