Əfqanıstan prezidenti Əşrəf Qani istefa verib

© AP Photo / Mariam ZuhaibПрезидент Афганистана Ашраф Гани, фото из архива
Президент Афганистана Ашраф Гани, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.08.2021
Əfqanıstanın keçmiş daxili işlər naziri Əhməd Cəlalinin keçid hökumətinin sədri vəzifələrini üzərinə götürdüyü bildirilir.
BAKI, 15 avqust — Sputnik. Əfqanıstan prezidenti Muhamməd Əşrəf Qani istefaya gedib. Bu barədə Sputnik Əfqanıstan yerli mənbələrə istinadən məlumat yayıb. Əl-Ərəbiyyə kanalının məlumatına görə, xəbər hələ rəsmən təsdiq olunmasa da, Əfqanıstanın keçmiş daxili işlər naziri Əhməd Cəlalinin keçid hökumətinin rəhbəri təyin olunduğu bildirilir.
Bir qədər əvvəl Əşrəf Qani video-müraciətində müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinə vətəndaşların təhlükəsizliyini təmin etməyi tapşırıb.
“Biz güc nazirliklərinə bütün vətəndaşların təhlükəsizliyinin təmin olunmasını tapşırmışıq. Bu bizim borcumuzdur və biz onu layiqincə yerinə yetirəcəyik”, deyə o bildirib.
Prezident həmçinin bildirib ki, üsyançılara, qarətçilərə və quldurlara qarşı ən sərt tədbirlər görüləcək.
_______
12.08
Taliban hərəkatının yaraqlıları Kabil üzərinə hücuma başlayıblar. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan DİN məlumat yayıb.
Bundan əlavə, RİA Novosti taliblərin paytaxtın qərbində yerləşən Kabil Universitetini ələ keçirdiyi və şəhərin rayonlarından biri üzərində öz bayraqlarını qaldırdıqları barədə məlumat yayıb.
Qeyd edək ki, hazırda Kabil hökumət qoşunlarının nəzarət etdiyi yeganə yaşayış məntəqəsi olaraq qalır.
 
---------
11:35
Taliban hərəkatı Əfqanıstanın bütün sərhəd-keçid məntəqələrinə nəzarət edirlər. Sputnik Azərbaycan Rusiya mediasına sitinadən xəbər verir ki, bunu hazırda ölkəni yalnız Kabil hava limanı vasitəsilə tərk etmək mümkündür.
Qeyd edək ki, gecə saatlarında İranın IRIB telekanalı Taliban* hərəkatının artıq Əfqanıstan ərazisinin 90%-nə nəzarət etdiyi barədə xəbər yayıb.
"Taliban Əfqanıstanın 90%-nə nəzarət edir... Taliblər Məzari-Şərifə daxil olaraq həbsxananı ələ keçiriblər, yalnız Kabil və ətraf əyalətlər Əfqanıstan hökumətinin nəzarətindədir", - IRIB öz müxbirinə istinadən xəbər yayıb.
Bu arada ABŞ Prezidenti Co Bayden Talibanı hədələyib. O deyib ki, əgər Amerikanın Əfqanıstandakı diplomatik missiyası və yaxud personalı zərər görərsə, ABŞ-ın sürətli və qətiyyətli hərbi cavabl gecikməyəcək.
Ağ Evin yaydığı məlumatda həmçinin bildirilir ki, Əfqanıstanda yerləşən ABŞ və müttəfiqlərinin heyətinin təhlükəsiz ixtisarını, eləcə də missiyaları zamanı onlara kömək edən əfqanların təhlükəsiz təxliyəsini təmin etmək üçün Bayden beş min amerikalı hərbçinin oraya göndərilməsini əmr edib.
 
----------------
14.08.2021
22:12
Taliban* hərəkatının döyüşçüləri Əfqanıstanın şimal-qərbindəki Fəryab əyalətinin inzibati mərkəzi olan Meymene şəhərini ələ keçiriblər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, hərəkatın nümayəndəsi Zabiulla Mücahid Meymenedəki qubernatorluğun binasının, polis idarəsinin, eləcə də digər dövlət qurumlarının binalarının taliblərin nəzarəti aldığına keçdiyini Twitter-də yazıb. Taliblər hökumət qüvvələrinin silahlarına da sahib olublar, əsgərlər isə onlara qoşulublar.
Şənbə günü, avqustun 14-də taliblər həmçinin Kunar, Paktiya və Paktikanın inzibati mərkəzləri olan Əsədabad, Qardez və Şəran şəhərlərini ələ keçirdiklərini bildiriblər.
Əfqanıstanda illərdir hökumət qüvvələri Taliban hərəkatı ilə mübarizə aparır. Son aylarda isə taliblər ölkənin böyük ərazilərini ələ keçirərək artıq böyük şəhərlərə üz tutublar. Eskalasiya ABŞ ordusunun və NATO üzrə tərəfdaşlarının əsgərlərinin Əfqanıstandan çıxarılması fonunda daha da yüksəlir. 
Avqustun əvvəlində taliblər Gilmənd əyalətindəki Ləşkərgah şəhərini tutdular, ayın ortalarına doğru isə Qəznə, Herat, Qəndəhar, Gündüz, Paktiya və digər əyalətlərin daha 15 əsas şəhəri onlara təslim oldu. Əfqanıstanda ümumilikdə 34 əyalət var. Döyüşlər hələ də davam edir. 
Qərb ölkələrinin KİV-lərində məlumatlar var ki, ay ərzində taliblər Kabilə nəzarəti ələ ala bilərlər. 
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
Taliblər Gilmənd əyalətindəki televiziya mərkəzini ələ keçiriblər
Taliblər taktikanı dəyişirlər: Kabil və Vaşintonun buna cavabı nə olacaq?
Taliblər irəliləyir, ABŞ şəhərləri bombalayır: 100 min qaçqın – bu, hələ başlanğıcdır
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала