Türkiyədə amfibiya təyyarəsi qəzaya uğrayıb, sağ qalan yoxdur

© REUTERS / KENAN GURBUZЛесной пожар в Турции
Лесной пожар в Турции - Sputnik Azərbaycan, 1920, 14.08.2021
Abunə olmaq
Göyərtədə beş rusiyalı hərbçi və Türkiyənin üç nümayəndəsi olub. Sonuncular heyətə yanğın ocaqlarının istiqamətini göstərirmişlər. Hadisənin araşdırılması üçün hadisə yerinə Rusiya MN-in komissiyası göndərilib.
BAKI, 14 avqust - Sputnik. Türkiyə HHQ ölkənin cənubunda, BE-200 təyyarəsini qəzaya uğradığı məkana axtarış-xilasetmə işləri üçün təyyarə və helikopter göndərib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Adanada Kahramanmaraşdakı yanğınların söndürülməsi üçün uçan Rusiya təyyarəsinin düşdüyü bölgəyə axtarış-xilasetmə işləri üçün İncirlik aviabazasından bir helikopter və Konyadan bir təyyarə göndərilib", - qurumun Twitter-dəki hesabında qeyd olunub.
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu hadisə ilə əlaqədar Rusiya tərəfinə başsağlığı verib.
"Kahramanmaraşdakı yanğına müdaxilə zamanı türk və rus heyətin həlak olmasından dolayı çox üzüldük. Millətimizin başı sağ olsun. Rus xalqına da başsağlığı diləyirik. Qəhrəmanların fədakarlıqları unudulmayacaq", - Çavuşoğlu Twitter-də yazıb.
 
Rusiya Prezidenti Vladimir Putin də BE-200 təyyarəsində həlak olan şəxslərin ailələrinə başsağlığı diləyib.
"BE-200 təyyarəsinin heyət üzvləri, rusiyalı hərbçilər türk mütəxəssislərlə birlikdə vacib humanitar missiyada iştirak edir, insanların həyatını qurtarır, Türkiyədəki genişmiqyaslı yanğınlarla mübarizə aparırdılar. Onlar çətin şəraitdə işləyirdilər və öz insani və peşəkar borclarını sonadək yerinə yetirdilər. Hər bir ailə kədərlidir. Səmimi diləklərimi qəbul edin. Əminəm ki, bu cəsur insanların xatirəsini həm Rusiyada, həm də Türkiyədə unutmayacaqlar", - Putin deyib.
Rusiya lideri türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana yaxınları BE-200 təyyarəsində həlak olan türk vətəndaşlarına başsağlığı dilədiyi teleqram vurub.
Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edərkən həlak olan BE-200 təyyarəsinin rusiyalı heyəti ölümündən sonra dövlət mükafatlarına layiq görüləcək. Bu barədə Rusiya Prezidenti ölkənin müdafiə naziri Sergey Şoyquya göstəriş verib.
 
--------
17:05
Türkiyənin Rusiyadan icarəyə götürdüyü "BE-200" yanğınsöndürən təyyarəsi Kahramanmaraşda qəzaya uğrayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, qəzanın görüntülərini 360 kanalı yayımlayıb.
Kadrlarda təyyarənin qəflətən enərək dağ zirvəsinin arxasında gözdən itdiyi, sonra isə havaya qatı tüstünün qalxdığı görünür.
Türkiyənin Meşə Təsərrüfatı İdarəsinin verdiyi məlumata görə, amfibiya təyyarənin göyərtəsində səkkiz nəfər olub. KİV-in məlumatına görə, qəzada sağ qalan yoxdur.
Rusiya Müdafiə Nazirliyi təyyarənin qəzaya uğraması barədə açıqlama yayıb. 
Bildirilir ki, BE-200 təyyarəsi Türkiyədə yanğın ocaqlarının söndürülməsi barədə tapşırığı yerinə yetirəndən sonra qəzaya uğrayıb.
"Avqustun 14-də saat 3 radələrində Adana yaşayış məntəqəsi rayonunda alovların söndürülməsi tapşırığını icra edəndən sonra eniş edərkən Rusiyanın BE-200 təyyarəsi qəzaya uğrayıb", - məlumatda deyilir.
Qeyd olunur ki, göyərtədə beş rusiyalı hərbçi və Türkiyənin üç nümayəndəsi olub. Sonuncular heyətə yanğın ocaqlarının istiqamətini göstərirmişlər. Faciənin araşdırılması üçün hadisə yerinə Rusiya MN-in komissiyası göndərilib.
Xatırladaq ki, Türkiyədə iyulun 28-də başlayan meşə yanğınları qısa zamanda geniş miqyas almış, 8 nəfərin həyatına son qoymuşdu. Alovları yalnız avqustun 12-də tamamilə ram etmək mümkün olub. Azərbaycan Türkiyəyə həm FHN xilasedici və yanğınsöndürənlərini, həm də digər texnika ilə yanaşı, BE-200 tipli amfibiya təyyarəsini göndərmişdi. Türkiyənin Meşə Təsərrüfatı İdarəsindən bildirilib ki, qəzaya uğrayan amfibiya təyyarə Rusiyadan icarəyə götürülübmüş. 
Eləcə də oxuyun:
Etibar Mirzəyev: Türkiyədəki yanğın ocaqlarında artıq son işlər görülür
 
Rusiya təyyarələri Türkiyənin cənubunda meşə yanğınlarını söndürür
Türkiyədən şad xəbər: bir fəlakətin öhdəsindən gəldilər
Xəbər lenti
0