Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Alternativ enerji ətrafında spekulyasiyalar nədən qaynaqlanır? – professor açıqlayır

© SputnikRus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov
Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov - Sputnik Azərbaycan, 1920, 14.08.2021
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib ki, uzun illər ərzində dünya iqtisadiyyatında artıq pul kütləsinin mövcudluğu alternativ enerji mənbələrinə investisiyaların artmasını şərtləndirirdi
Elşad Məmmədov: “Bu bir tərəfdən də texnoloji proseslərlə bağlıdır”
ABŞ ənənəvi aviasiya yanacağından istifadəni dayandırmaq niyyətindədir. ABŞ Prezidenti Cozef Baydenin administrasiyası bunun reallaşdırılması üçün 2050-ci ilə qədər vaxt təyin etmək imkanını nəzərdən keçirir.
Bəs alternativ və ənənəvi enerji mübarizəsi nədən qaynaqlanır?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-ın sualını Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov cavablandırıb.
Professor bildirib ki, hazırkı şəraitdə alternativ enerji resurslarından istifadə ilə bağlı trend mövcuddur: “Bu, bir tərəfdən də texnoloji proseslərlə bağlıdır. Amma digər tərəfdən bu məsələlər ətrafında bir çox spekulyasiyaların olmasını da qeyd etmək lazımdır. Uzun illər ərzində dünya iqtisadiyyatında artıq pul kütləsinin mövcudluğu alternativ enerji mənbələrinə investisiyaların artmasını şərtləndirirdi. Bu gün dünya iqtisadiyyatında böhrandır və həmin investisiyaların mənbələri tükənir. Belə olan halda qərb ölkələri müxtəlif yollarla həmin xərcləri ənənəvi enerji resursları ilə zəngin ölkələrin üzərinə qoymağa çalışır”.
Elşad Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала