Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyada neft ucuzlaşır

© AP Photo / Sunday AlambaБочки с нефтью, фото из архива
Бочки с нефтью, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.08.2021
Abunə olmaq
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,01 dollar azalaraq 71,43 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,05 dollar ucuzlaşaraq 69,20 dollar olub.
BAKI, 12 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,8 ABŞ dolları və ya 1,13% azalaraq 70,17 dollar təşkil edib.
Dünya birjalarında neft ucuzlaşır
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,01 dollar azalaraq 71,43 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,05 dollar ucuzlaşaraq 69,20 dollar olub.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci ilin 1 sentyabr tarixində keçirilməsi qərara alınıb.
Həmçinin oxuyun:
Neft Fondundan dövlət büdcəsinə transfert azalıb
Azərbaycan neftinin ucuzlaşma səbəbi bəlli olub
Xəbər lenti
0