Rəqib deyilik: Daşkənd və Bakı bir-birini tamamlaya və təcrübə mübadiləsi apara bilər

© Sputnik / Murad OrujovПосол Узбекистана в АР Бахром Ашрафханов
Посол Узбекистана в АР Бахром Ашрафханов  - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
Səfir bəyan edib ki, son illər Azərbaycanla Özbəkistanın qarşılıqlı münasibətlərində bütün istiqamətlər üzrə fəallıq müşahidə olunur: siyasi təmaslar genişlənir, iqtisadiyyat, nəqliyyat və mədəni-humanitar sahələrdə inkişaf nəzərə çarpır.
BAKI, 11 avqust — Sputnik. Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi Özbəkistanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir, son illər bütün sahələr üzrə ikitərəfli əlaqələrdə fəallıq müşahidə olunur. Hətta pandemiyanın yaratdığı böhran vəziyyətinə baxmayaraq, 2020-ci ilin yekunlarına əsasən, ticarət dövriyyəsində artım qeydə alınıb. Bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov çərşənbə günü Sputnik Azərbaycan Multimedia mətbuat mərkəzində təşkil olunmuş dəyirmi masada bəyan edib.
"Özbəkistanın müstəqillik tarixində Azərbaycan-özbək münasibətlərinin inkişafı xüsusi yer tutur", – deyə vurğulayan səfir onu da qeyd edib ki, hazırda iki ölkə arasında qəbul olunmuş 130 qarşılıqlı sənəd mövcuddur. Onların arasında ən əhəmiyyətli olanları isə "Dosluq və Əməkdaşlıq haqqında Müqavilə" və "Strateji əməkdaşlığın möhkəmləndirilməsi haqqında Deklarasiya"dır.
Əşrəfxanovun sözlərinə görə, son beş ildə ikitərəfli münasibətlərdə bütün sahələr üzrə fəallıq müşahidə olunur, siyasi təmaslar genişlənir, ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar sahələrdə inkişaf gedir.
"Son illər ölkələr arasında ticarət dövriyyəsində müsbət tendensiyalar qeydə alınıb. Koronavirusla əlaqədar yaşanan böhran vəziyyətinə baxmayaraq müsbət göstəriciləri saxlamaq mümkün olub. Belə ki, 2020-ci ildə ikitərəfli ticarətin həcmi 2019-cu illə müqayisədə 12,1% artıb. Bu özünün məntiqi davamını cari ildə də göstərib və ilin ilk 5 ayı ərzində göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 30,7% faiz çoxalıb", – deyə səfir qeyd edib.
Əşrəfxanov bildirib ki, iki ölkə arasında reallaşdırılmamış böyük əməkdaşlıq potensialı mövcuddur. Diplomat qeyd edib ki, ölkələr yalnız qarşılıqlı əlaqələri inkişaf etdirmək barədə düşünməməli, bir-birini tamamlayacaqları və təcrübə mübadiləsi apara biləcəkləri sahələri məyənləşdirməlidirlər.
"Biz rəqib deyilik, bir-birimizi tamamlamalıyıq, xüsusən də üçüncü ölkələrdə", – deyə o əlavə edib.
Diplomat hər iki ölkənin sahibkarları üçün investisiya imkanlarına da toxunaraq xüsusən aqrar sahədə əməkdaşlıqdan söz açıb:
"Azərbaycan Özbəkistanın ipəkçilik və pambıqçılıq sahəsindəki təcrübəsini mənimsəyə bilər, özbəklər isə azərbaycanlı həmkarlarından meyvəçilik, xüsusən də üzüm və nar yetişdirilməsini öyrənə bilərlər".
Bəhram Əşrəfxanov dəyirmi masada, həmçinin Özbəkistanın müxtəlif fəaliyyət sahələrindəki islahatlardan da söz açaraq demokratikləşmə, dövlət orqanlarının işində, seçki prosesində şəffaflığın təmin olunması məsələlərinə də toxunub.
Azərbaycanlı politoloq Tofiq Abbasov isə öz növbəsində münasibətlərin müsbət inkişafında əsas faktor kimi davamlı siyasi dialoqu qeyd edib. Onun sözlərinə görə, iki ölkənin diplomatları münasibətlərin formatını genişləndirilməyə çalışırlar.
"Qarşıda hələ görəcəyimiz çox iş var, ancaq ən əsası odur ki, qarşılıqlı münasibətlərin əsas iqtiqamətləri müəyyən olunub və indi yalnız səylə çalışmaq lazımdır", – deyə ekspert vurğulayıb.
İqtisadçıların, aparıcı KİV nüməyəndələrinin işirak etdiyi tədbirdə qarşıdakı illərdə ticarət dövriyyəsini yarım milyard dollara çatdırmaq üçün iqtisadi əməkdaşlığın qurulması və nəzərdə tutulan planların həyata keçirilməsi üçün ikitərəfli əlaqələrin böyük potensialına diqqət çəkilib, eləcə də turizm sahəsində əməkdaşlığın vacib və perspektivli olduğu vurğulanıb.
Xəbər lenti
0