CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ceyhun Kərəmov: “Onların təxminən 50 faizi ilk 6 ay ərzində işə qəbul olurlar”

© AR Ministry of EducationCeyhun Kərəmov
Ceyhun Kərəmov  - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Kərəmov bildirib ki, regionlarda da peşə təhsil müəssisələrini bitirənlərin iş tapması həmin məktəblərin yerləşdiyi bölgənin spesifikasından asılıdır
Ceyhun Kərəmov: “Bəzi peşə təhsili müəssisələrini bitirənlərin iş tapması daha asan olur”
“Peşə təhsili əmək bazarı ilə daha sıx bağlıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Kərəmov bildirib.
Onun sözlərinə görə, bəzi peşə təhsili müəssisələrini bitirənlərin iş tapması daha asan olur: “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini 2020-2021-ci tədris ilində bitirənlərin 50 faizi artıq iş imkanları əldə edib. Bəziləri sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ölkə üzrə rəqəmlərin fərqlənir. Regionlarda da peşə təhsil müəssisələrini bitirənlərin iş tapması həmin məktəblərin yerləşdiyi bölgənin spesifikasından asılıdır. Ümumilikdə, peşə təhsil müəssisələrini bitirənlərin təxminən 50 faizi ilk 6 ay ərzində işə qəbul olurlar”.
Ceyhun Kərəmovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0