Marketlərdə ərzaq tapılmır, ordudan kömək istədilər

© REUTERS / Nikolaj SkydsgaardA view of empty shelves at a supermarket as people began stockpiling food just hours after the Danish government introduced measures to contain the spread of the coronavirus in Copenhagen
A view of empty shelves at a supermarket as people began stockpiling food just hours after the Danish government introduced measures to contain the spread of the coronavirus in Copenhagen - Sputnik Azərbaycan, 1920, 09.08.2021
Britaniya hökuməti ordudan Kral Logistika korpusunun iki minə yaxın sürücüsünü göndərməyi xahiş edəcək.
BAKI, 8 avqust — Sputnik. Britaniya hökuməti bildirib ki, supermarketlərdə ərzaq çatışmaması səbəbilə ordudan kömək istəyəcək. 
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazır. 
Böyük Britaniya hökuməti supermarketlərə ərzaq və dərman vasitələri çatdırmaq üçün ordudan Kral Logistika korpusundan iki minə yaxın sürücü göndərməyi xahiş edəcək. Silahlı Qüvvələrə rəsmi müraciətin yaxın günlərdə göndəriləcəyi bildirilir.
Tədarüklə bağlı problem ölkədə 100 min yük maşını sürücüsünün çatışmaması nəticəsində yaranıb. Avtodaşıyıcılar Assosiasiyasından bildiriblər ki, sürücülərin çoxu Brexit-dən sonra Britaniyanı tərk edib, minlərlə yeni sürücü isə vəsiqə üçün imtahan verəcəyi günü gözləyir. Üstəlik, koronavirus pandemiyası səbəbindən tətbiq olunan lokdaun da vəziyyəti qəlizləşdirir.
Bu yaxınlarda məlum olub ki, Böyük Britaniyada koronavirusa yoluxma "cavanlaşıb", yəni xəstəxanaya daha çox 35 yaşınadək olan insanları aparırlar. Müalicə üçün müraciət edən gənclərin payı da dörd dəfə - 5.4-dən 20 faizədək artıb. Yəni ölkədə hər beşinci xəstə cavandlr.
Eləcə də oxuyun:
COVID-19 üçün elə bir dərman tapıblar ki...
Qvineyada ikinci "Uhan" təhlükəsi: ölümcül virus təsbit edildi
ÜST-ün koronavirus barədə romantik planları
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала