Dünyanın nəhəng ölkələrindən biri COVID-19 pasportu tətbiq etməyəcək

© AP Photo / Matthias SchraderПустые флаконы от вакцин Pfizer-BioNTech, Moderna и AstraZeneca
Пустые флаконы от вакцин Pfizer-BioNTech, Moderna и AstraZeneca - Sputnik Azərbaycan, 1920, 04.08.2021
Abunə olmaq
Amerika administrasiyasının nümayəndəsi brifinqdə həmçinin qeyd edib ki, hökumət vətəndaşlar arasında koronavirus peyvəndlərinin əlçatanlığı və təhlükəsizliyi barədə məqsədyönlü maarifləndirici işlər aparacaq.
BAKI, 4 avqust - Sputnik. Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ-da COVID-19 pasportunun tətbiq olunması barədə danışıb.
Sputnik Azərbaycan Fox News-a istinadən bildirir ki, Psaki xüsusi peyvənd pasportlarının federal səviyyədə tətbiqinin planlaşdırılmadığını deyib. Ancaq eyni zamanda o qeyd edib ki, Ağ Ev özəl təşkilat və şirkətlərin işçilərin və ziyarətçilərin təhlükəsizliyinin təmininə yönəlmiş təşəbbüslərini dəstəkləyəcək. 
Amerika administrasiyasının nümayəndəsi brifinqdə həmçinin qeyd edib ki, hökumət vətəndaşlar arasında koronavirus peyvəndlərinin əlçatanlığı və təhlükəsizliyi barədə məqsədyönlü maarifləndirici işlər aparacaq. Eyni zamanda, Psakinin sözlərinə görə, vətəndaşlar peyvənd olunub-olunmamağa özləri qərar verəcəklər. 
ABŞ mətbuatı yazır ki, ölkə əhalisinin 70 faizi ən azı bir doza vaksin alıb.

Koronavirus bəlası

Xatırladaq ki, hazırda, demək olar ki, bütün dünyanı cənginə alan koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.
Çində virusun yarasalardan insanlara keçdiyi iddia olunsa da, heç də hamı bu versiya ilə razılaşmır.

Vaksin "müharibələri"

Avropa Dərman Agentliyi (EMA) hazırda Avropa İttifaqı ölkələrində yalnız "Pfizer-BioNTech", "Moderna", "AstraZeneca", "Johnson & Johnson" şirkətləri tərəfindən istehsal olunan peyvəndlərin istifadəsinə icazə verib. 
Çin "SinoVac", Rusiya isə "Sputnik-V", "Sputnik-Layt", "EpiVacCorona" vaksinlərini işləyib hazırlayıb.
bu günlərdə isə "Pfizer-BioNTech" və "Moderna" şirkətləri koronavirus (COVID-19) əleyhinə istehsal edikləri vaksinlərin qiymətlərini artırıb. "Pfizer-BioNTech" şirkəti eyniadlı vaksininin bir dozasının qiymətini 15,5 avrodan 19,5 avroya (31.3 - 39.4 AZN) qaldırıb.
"Moderna" şirkəti isə bir doza vaksinin qiymətini 22,6 ABŞ dollarından 25,5 dollara (38,4-43,3 AZN) qaldırıb.

Azərbaycanda istifadə olunan peyvəndlər

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər. 
Ölkədə tam vaksin olunanlar COVID-19 pasportu ilə təmin edilirlər. Peyvəndə qarşı əks-göstərişi olanlara isə avqustun 9-dan xüsusi sertifikat veriləcək.
Eləcə də oxuyun:
İspaniya AstraZeneca vaksinindən imtina etdi
Britaniyada koronavirusun yeni mutasiyası aşkarlandı
Bəylə gəlinin zorən peyvəndlənməsi: Övlad sahibi olacaq gənclərin sağlamlığına zərbə
Azərbaycanda "Əks-göstəriş sertifikat"ı veriləcək
 
Xəbər lenti
0