Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Samir Dübəndi: “Bu ölkələr Azərbaycanın gəlmə turizmi üçün prioritet hesab edilir”

© Sputnik / Murad OrujovПредседатель правления Ассоциации отелей и ресторанов Азербайджана Самир Дюбенди
Председатель правления Ассоциации отелей и ресторанов Азербайджана Самир Дюбенди - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, gəlmə turizminin bu ölkələrdə təşviq edilməsi üçün Azərbaycan yaxşı təmsil olunmalıdır
Samir Dübəndi: “Amma bunlardan ən maraqlısı bizim üçün Yaponiyadır”
Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq niyyətindədir. Bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyib.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Sputnik Azərbaycan-a deyir ki, pandemiyadan öncə artıq 6 ölkədə turizm nümayəndəliyi açılmışdı: “Yeni nümayəndəliklərin açılması planlaşdırılan hə üç ölkə bizim üçün maraqlıdır. Amma bunlardan ən maraqlısı bizim üçün Yaponiyadır. Gəlmə turizminin bu ölkələrdə təşviq edilməsi üçün Azərbaycan yaxşı təmsil olunmalıdır. Bu ölkələr Azərbaycanın gəlmə turizmi üçün prioritet hesab edilir. Bu işlərin görülməsini Azərbaycan Turizm Bürosu da həyata keçirir. Pandemiya işlərimizi ləngitsə də, amma vəziyyətin tezliklə düzələcəyinə inanırıq”.
Samir Dübəndinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0