CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan millisinin məşqçilər heyəti istefaya göndərildi

© AFP 2023 / OLIVIER MORINСоревнование по дзюдо, фото из архива
Соревнование по дзюдо, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.08.2021
Abunə olmaq
Həmçinin yüksək əməkhaqqı alan cüdoçuların maaşlarının onların son bir ildə beynəlxalq nüfuzlu yarışlardakı nəticələrinə uyğun ödəniləcəyi barədə qərar verilib.
BAKI, 2 avqust - Sputnik. Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandanın məşqçilər heyəti tam tərkibdə istefaya göndərilib.
Sputnik Azərbaycan Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, səbəb kimi yığmanın Tokio-2020 Yay Olimpiya Oyunlarında zəif çıxışı göstərilib.
Azərbaycanlı cüdoçuların Tokio Olimpiadasında uğursuz çıxışından dərhal sonra federasiya rəhbəri Sadıq Sadıqovun iştirakı ilə keçirilən iclasda məşqçi heyətini istefaya göndərmək barədə qərar verilib. 
Ukraynalı baş məşqçi Ruslan Maşurenko, aralarında Elxan Məmmədov, Nazim Hüseynov Mehman Əzizov da olmaqla, bütün köməkçiləri komandadan göndərilib. Milli komanda müvəqqəti olaraq, üçqat Avropa çempionu, indiyədək gənclər yığmasının məşqçisi olan Elçin İsmayılova həvalə olunub. Belə görünür ki, Azərbaycanın cüdo yığmasını Birinci MDB Oyunlarına da İsmayılov çıxaracaq.
Həmçinin yüksək əməkhaqqı alan cüdoçuların maaşlarının onların son bir ildə beynəlxalq nüfuzlu yarışlardakı nəticələrinə uyğun ödəniləcəyi barədə qərar verilib.
Qeyd edək ki, cüdo üzrə kişilərdən ibarət yığma Tokio-2020-də tam heyətlə təmsil olunsa da, heç bir medal qazana bilməyib. Yalnız qadın cüdoçu İrina Kindzerska (+78 kq) bürünc medalla kifayətlənib.

26 atletimiz Oyunlarda iştirakını başa vurub

Tokiodakı Olimpiya Oyunlarında 26 Azərbaycan idmançısı çıxışlarını yekunlaşdırıb. Bunlardan cüdoçu İrina Kindzerska (78+ kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medal qazanıblar.
Taekvondoçular Fəridə Əzizova (67 kq) və Murad Beygi Xarçeqani (80 kq), qılıncoynadan Anna Başta, cüdoçular Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zəlim Kotsoyev (100 kq), Uşangi Kokauri (100+ kq) və Aişə Qurbanlı (48 kq), boksçular (Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev )91+ kq), üzgüçülər Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah, gimnastlar İvan Tixonov  və Marina Nekrasova, velosipedçi Elçin Əsədov, atıcı Emin Cəfərov, triatlet Rostislav Pevtsov, badmintonçu Edi Reski Dviçayo və yüngül atlet Anna Skidan Olimpiadada uğur qazana bilməyiblər.

Azərbaycan Tokio-2020-də

Tokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə kimi keçirilir.
Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirlər.
Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.
2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.
 
Eləcə də oxuyun:
Tokio Olimpiadası – bürüncə ümidlər var
Tokio-2020: Boksçu Alfonso Dominges həmyerlisini döyə bilmədi
İrina Kindzerska: "Medal qazandığımı başa düşəndə daxilimdə hər şey dəyişdi"
Xəbər lenti
0