Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Atəşkəsin pozulmasına beynəlxalq reaksiyalar artır

Флаги ОБСЕ - Sputnik Azərbaycan, 1920, 29.07.2021
ATƏT-in Minsk Qrupu da Azərbaycan-Ermənistan sərhədindəki son günlər artan gərginliklə əlaqədar bəyanat yayıb.

BAKI, 29 iyul — Sputnik. ATƏT-in Minsk Qrupu Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib.

Bəyanatda bildirilib ki, həmsədrlər (Fransa -Stefani Viskonti, ABŞ-Endryu Şofer, Rusiya-İqor Kovayev) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyir. Həmsədrlər Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 Noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.

"Həmsədrlər münaqişənin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinə ehtiyac olduğunu bir daha təkrar edir və tərəfləri mümkün qədər tez onların himayəsi altında danışıqlara qayıtmağa çağırır. Tərəflərin prioritetlərini əks etdirən, heç bir şərt qoymadan, formalaşan gündəliyi birlikdə nəzərdən keçirmək və razılığa gəlmək üçün, ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar edirlər.

Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və onun komandasının davamlı səylərini dəstəklədiklərini bir daha təsdiqləyirlər", - bəyanatda bildirilib.

ABŞ Dövlət Departamentinin reaksiyası

Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca gərginliyin artmasını pisləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü Ned Prays bildirib.

O bildirib ki, ABŞ Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməmək üçün dərhal addımlar ataraq atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə çağırır.

"Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlik, yalnız həll olunmamış bütün məsələləri əhatə edən hərtərəfli həll yolunun iki ölkə arasındakı münasibətləri normallaşdıra biləcəyini və bölgə xalqlarının birlikdə sülh şəraitində yaşamasını təmin edə biləcəyini göstərir. ABŞ Ermənistan və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa zamanda substantiv müzakirələrə qayıtmağa çağırır", - deyə Ned Prays bildirib.

Moskvanın reaksiyası

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib. İclasda Rusiyanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Əfqanıstan, eləcə də Azərbaycanla Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.

Putinin sözçüsü Dmitri Peskov bildirib ki, iclasda Federasiya Şurasının spikeri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, TŞ katibi Nikolay Patruşev, DİN rəhbəri Vladimir Kolokoltsev, FTB direktoru Aleksandr Bortnikov, XKX rəhbəri Sergey Narışkin, prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

"İclas zamanı iştirakçılar Rusiyanın sosial-iqtisadiu inkişafının cari məsələlərini müzakirə ediblər. Həmçinin beynəlxalq gündəmin aktual məsələləri, o cümlədən Əfqanıstanda və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə də toxunulub"

Ankaranın reaksiyası

"Ermənistan tərəfindən Azərbaycanın sərhəd rayonlarının atəşə tutulması regionun təhlükəsizliyi üçün təhdiddir. Bunu Türkiyə Parlamentinin sədri Mustafa Şəntop bildirib.

Türkiyə Parlamentinin spikeri hesab edir ki, Ermənistan tərəfindən təxribatlar regional müharibəyə səbəb ola bilər.

Həmçinin oxuyun: 

* MN: Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir

* Rusiya Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üçün məlumatlar təklif edir

Putin Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətlə bağlı təcili iclas çağırdı

* MN: Azərbaycan Rusiyanın atəşkəs təşəbbüsünə razılıq verdi, Ermənistan isə...

* Ermənistan atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir? – Arzu Nağıyev şərh edir

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала