Miqrasiya Xidməti əcnəbilərə müraciət etdi

© Photo : State Migration Service of the Republic of AzerbaijanМигранты у здания Государственной миграционной службы Азербайджана
Мигранты у здания Государственной миграционной службы Азербайджана - Sputnik Azərbaycan, 1920, 25.07.2021
Abunə olmaq
Müvəqqəti olma müddəti artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

BAKI, 25 iyul - Sputnik. Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ölkədə müvəqqəti olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. DMX-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə Nazirlər Kabinetinin 2021-ci il 22 iyul tarixli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il sentyabrın 1-i saat 06:00-dək uzadıldığı deyilir.

Bildirilir ki, bu müddət ərzində Xidmətin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək (Daha ətraflı-https://www.migration.gov.az/az/news_detail/14374).

Karantin müddətində Xidmətin (012) 919 - Çağrı Mərkəzi həftə sonları (avqustun 7 və 8-də, 14 və 15-də, 21 və 22-də, 28 və 29-da) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər qurumun rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

DMX bir daha xatırladır ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Karantin müddətinin uzadılması

Qeyd edək ki, Nazirlər Kabinetinin 22 iyul, 220 nömrəli qərarına görə, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Qərarda bildirilir ki, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 sentyabr saat 06:00-dək uzadılsın. 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması barədə də qərar verilib.

Həmçinin oxuyun:

Miqrasiya Məcəlləsinə daha bir dəyişiklik edilib

Azərbaycanda miqrasiya ilə bağlı yeni tələblər qüvvəyə mindi

Xəbər lenti
0