Prezident Nəcməddin Sadıkovun müavinini vəzifədən azad etdi

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества
Президент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Abunə olmaq
Sərəncamda qeyd olunur ki, General-leytenant Ayaz Binyat oğlu Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilsin.

BAKI, 23 iyul - Sputnik. Prezident İlham Əliyev "Ayaz Binnət oğlu Həsənovun Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan Prezidentin saytına istinadla xəbər verir ki, həmin sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. General-leytenant Ayaz Binyat oğlu Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir."

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Həmçinin oxuyun:

* Azərbaycan Ordusunun Baş qərargah rəisi təyin edildi

* Nazir müavini: "Orduda kadr islahatları ilə bağlı yeni layihələr hazırlanır"

General Kərəm Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya gedir

Azərbaycan Ordusunun hərbi qulluqçuları komando kurslarına yola salınıb

Xəbər lenti
0