Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident İlham Əliyev Çingiz Hüseynzadə ilə bağlı sərəncam imzaladı

© Sputnik / Murad OrujovВице-президент НОК Чингиз Гусейнзаде
Вице-президент НОК Чингиз Гусейнзаде - Sputnik Azərbaycan, 1920, 20.07.2021
Çingiz Hüseynzadə 1997-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidentidir.

BAKI, 20 iyul - Sputnik. Prezident İlham Əliyev Çingiz Muxtar oğlu Hüseynzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, Ç. Hüseynzadə Azərbaycanda Olimpiya Hərəkatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Çingiz Hüseynzadə 1997-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi
İdman Federasiyasının vitse-prezidentidir.  O, həmçinin 2019-cu ildə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilib, “Olimpiya” jurnalının baş redaktorudur. 

21 iyul 1951-ci ildə Bakıda anadan olub. 1969-1975-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb. Yüzə yaxın elmi əsərin müəllifidir. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Eləcə də oxuyun:

 

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала