Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bankın səlahiyyətləri niyə artırıldı – professor şərh edir

© Photo : Courtesy of Elnur Sadygovİqtisadçı, professor Elnur Sadıqov
İqtisadçı, professor Elnur Sadıqov - Sputnik Azərbaycan, 1920, 20.07.2021
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv olunaraq Mərkəzi Bankın tabeliyinə verilməsinin davamı kimi qiymətləndirmək olar
Elnur Sadıqov: “Nəzarət funksiyası daha geniş formada həyata keçiriləcək”

Prezident İlham Əliyev “Kredit ittifaqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, bu qanuna dəyişiklik Mərkəzi Bakın səlahiyyətlərinin bir qədər də artırılması ilə bağlıdır: “Kredit təşkilatların və onların həyata keçirdiyi əməliyyatlar üzərində nəzarətin arıtırılması üçün Mərkəzi Bankın səlahiyyətlərinin genişləndirilməsi təqdirə layiqdir. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv olunaraq Mərkəzi Bankın tabeliyinə verilməsinin davamı kimi qiymətləndirmək olar. Yəni burada nəzarət funksiyası daha geniş formada həyata keçirilsin”.

Elnur Sadıqovun geniş şərhinə audifaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0