BAKI, 13 iyul — Sputnik. Elman Bayram oğlu Bayramov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.
Qeyd edək ki, Elman Bayramov Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamıdır. O, "Mosazervinzavod" QSC-nin rəhbəridir.