Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda əməliyyat: tiryəkxanaya basqın elədilər

© AR Ministry of Internal AffairsLənkəranda saxlanılan şəxslər
Lənkəranda saxlanılan şəxslər - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

BAKI, 12 iyul — Sputnik. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri ilə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fərəcov saxlanılıb. Onun üzərindən 1 bükümdə psixotrop maddə metamfetamin, 1 bükümdə narkotik vasitə heroin aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə F.Fərəcovun həmin narkotik vasitə və psixotrop maddəni Lənkəran şəhər sakini F.Həmdəmovdan aldığı, sonuncunun həmçinin yaşadığı evdə tiryəkxana təşkil etdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən F.Həmdəmovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq heroin və 1 kiloqramdan artıq metamfetamin aşkarlanaraq götürülüb. Keçirilən baxış zamanı həmin evin həyətində olan əvvəllər məhkum olunmuş R.Səfərovun və S.Seyfullayevin hər birinin üzərindən 1 bükümdə psixotrop maddə, 1 bükümdə heroin aşkarlanaraq götürülüb.

Eyni gündə Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə isə Qumbaşı kənd sakinləri, əvvəllər məhkum olunmuş Z.Hüseynov Q.Rəhimov saxlanılıblar. Keçirilən baxış zamanı onların üzərindən ümumilikdə 20 bükümdə metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Eləcə də oxuyun:

Xəbər lenti
0