CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan nefti 78 dolları keçib

© AP Photo / Eric GayБочка с нефтью, фото из архива
Бочка с нефтью, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
Dünya birjalarında neft qiymətləri bahalaşır. Azərbaycan neftinin qiyməti 2019-cu ilin aprelindən bəri ilk dəfə 78 dolları keçib.

 

BAKI, 6 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,86 dollar artaraq 78,35 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2019-cu ilin aprelindən bəri ilk dəfə 78 dolları keçib. "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Dünya birjalarında neft bahalaşır

Londonun birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,27 dollar artaraq 77,43 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 1,53 dollar bahalaşaraq 76,68 dollar olub. Beləliklə, "Brent" neftinin qiyməti 2018-ci ildən bəri ən yüksək həddə çatıb.

Ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

OPEC+ nazirlərinin 18-ci iclası yenidən təxirə salınıb

Onu da bildirək ki, OPEC+ nazirlərinin 18-ci iclası yenidən təxirə salınıb. İclasın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. İclasda OPEC+ ölkələrinin avqust ayında istehsalı hansı həcmdə artıracağı müzakirə ediləcəkdi. İclasın təxirə salınması neftin qiymətlərinə təsir göstərir.

Xəbər lenti
0