Şənbə günü Çexiya AVRO-nun dörddəbir finalında Danimarka komandasına 1:2 hesabı ilə uduzub.
"Çox kədərləndik, soyunub-geyinmə otağında heç kim göz yaşını gizlətmirdi. Uzun müddətdir bir aradayıq, odur ki, asan deyil, amma bizim etdiyimiz sadəcə heyrətamizdir. Oyunçularımla fəxr edirəm və inanıram ki, azarkeşlər ötən matçda uşaqların necə mübarizə apardıqlarını qiymətləndirəcəklər. Komanda böyük minnətdarlığa layiqdir, - Şilqavı jurnalistlərə deyib. - Biz, əlbəttə, oyunu başqa cür başlamaq istəyirdik, ancaq rəqibin erkən qolu, həmçinin digər xırdalıqlar oyunun gedişatına təsir etdi. Hər buraxdığımız qola - öz səhvimizdən sonra vurulan və hakimin səhvindən sonra buraxdığımız qola görə təəssüf edirik. Ancaq bu, futboldur, xırdalıqlardan asılıdır. Ola bilsin, bu, bütün oyunun nəticəsini həll etmədi, amma böyük əhəmiyyət kəsb etdi".
Birinci taymda Çexiya komandasının kapitanı Tomaş Souçek başından zədə aldı. "Əvvəl bizə elə gəldi ki, bu beyin silkələnməsidir, ancaq sonradan onun soyunub-geyinmə otağında necə qaçdığını gördüm, odur ki, üçid edirəm ki, onunla hər şey qaydasındadır", - Şilqavı vurğulayıb.