BAKI, 4 iyul - Sputnik. İyunun 4-də saat 07:22-də paytaxt Bakıdan Naxçıvana uçan "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A319" təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.
"Azərbaycan Hava Yolları" QSC-dən verilmiş məlumata əsasən, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.
Təyyarə yerli vaxtla saat 08:01-də Heydər Əliyev Beynəlxalq Hava Limanında uğurlu eniş edib.
Məlumata göeə, hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Sərnişinlər Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcəklər.
Həmçinin oxuyun:
AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib
Rusiyada təyyarə sərt eniş edib, ölənlər var