Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tahir Cəfərov: “Məhz bu məqamlar yeni qanun layihəsində nəzərə alınmalı idi”

© Photo : REPORTAlternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) baş energetiki Tahir Cəfərov
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) baş energetiki Tahir Cəfərov - Sputnik Azərbaycan, 1920, 03.07.2021
Abunə olmaq
“Azalternativenerji” MMC-nin baş energetiki və AMEA-nın Fizika İnstitutunun əməkdaşı Tahir Cəfərov deyir ki, bazar münasibətləri yaranmalıdır, bazar özü rəqabət şəraitində enerjinin maya dəyərinin aşağı düşməsinə imkan verir
Tahir Cəfərov: “Bərpa olunan enerji ilə qənaətə əməl etmək mümkündür”

“Enerji resurslardan səmərəli istifadə üçün bir neçə amil var. Onlardan biri də həmin resurslardan qənaətlə istifadə edilməsidir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azalternativenerji” MMC-nin baş energetiki və AMEA-nın Fizika İnstitutunun əməkdaşı Tahir Cəfərov qeyd edib.

“Çox təəssüf ki, parlament müzakirələrinə təqdim edilən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində bu məsələləri görmürəm. Düşünürəm ki, məhz bu məqamlar yeni qanun layihəsində nəzərə alınmalı idi. Digər tərəfdən də onu qeyd edim ki, enerjidə qənaətin ən rahat yolu islahatların keçirilməsidir. Yəni energetika sistemində islahatlar keçirilməlidir, bazar münasibətləri yaranmalıdır, bazar özü rəqabət şəraitində enerjinin maya dəyərinin aşağı düşməsinə imkan verir. Çünki bizdə bütün məhsulların maya dəyərinin bazisində enerji resursları dayanır. Praktika onu göstərir ki, bərpaolunan enerji potensialından istifadə neft-qaz ehtiyatları az olan ölkələrdə çoxdur. Ölkəmizin də kifayət qədər böyük alternativ enerji potensialı var. Enerjiyə qənaət etməyin meyarlarından biri də məhz budur. Bərpa olunan enerjidən istifadəni artırmaqla da qənaətə əməl etmək mümkündür” – deyə o bildirib.

Tahir Cəfərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0