Rusiya Qara dənizdə daha bir NATO gəmisinin "dərsini verib" – regionda nə baş verir?

© AFP 2021 / Irakli GEDENIDZE / British embassy in GeorgiaБританский эсминец "Дефендер" в Черном море, фото из архива
Британский эсминец Дефендер в Черном море, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Əgər Putinin aqressiv üzmə vasitələrinin "batırılması" barədə sözlərinə qayıtsaq, deyə bilərik ki, bunun üçün Rusiyanın çoxlu sayda variantları var.

BAKI, 1 iyul — Sputnik. Rusiya öz ərazi sularında çağırılmamış qonaqları sərt şəkildə qəbul etməyə hazırdır. “Sea Breeze-2021” təlimləri ərəfəsində Britaniyanın Krım sahillərində dominantlıq etməklə bağlı təxribat cəhdindən sonra ABŞ və NATO-nun hərbi dəniz qüvvələrinin hərəkəti bir qədər məhdudlaşıb, çünki hər yerdə Rusiyanın Qara dəniz donanmasının "iti künclərinə" tuş gəlirlər. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin “tərəfdaşlar”ın gəmilərini batırmağa hazır olduğunu dilə gətirib.

İyunun 24-də Niderlanda məxsus “Evertsen” freqatı Kerç boğazına tərəf üzməyə çalışıb, lakin Rusiya sərhədinin potensial pozucusunun Qara dəniz donanmasının həmlə aviasiyası tərəfindən fəal müşayiət olunması gəmini hərəkət istiqamətini dəyişməyə və neytral sulara getməyə məcbur edib. Qara dənizdə baş vermiş epizoddan beş gün sonra Niderlandın Hərbi Nazirliyinin rəhbəri, xanım Ank Beyleveld-Shauten belə deyib: "Zərurət olmadan insidentlərin baş verməsi riskini artıran bu cür aqressiv hərəkətlərə heç nə ilə haqq qazandırmaq olmaz. Niderland bu məsələni Rusiya ilə müzakirə edəcək".

Krallığın Müdafiə Nazirliyində hesab edirlər ki, Rusiyaya məxsus təyyarələr “Evertsen” gəmisinin heyətini "bir neçə saat ərzində qorxutmağa çalışıb" – "hücumu imitasiya" edib və gəminin elektron avadanlığında nasazlıqlar meydana çıxıb.

Rusiya Müdafiə Nazirliyindən isə bildiriblər ki, Niderland freqatı neytral sularda hərəkət istiqamətini dəyişərək Kerç boğazına doğru üzüb. Britaniya təyyarədaşıyan həmlə gəmiləri qrupuna (Aralı dənizində yerləşir) daxil olan freqatın Rusiya sərhədlərini pozmasının qarşısını almaq üçün havaya SU-30 qırıcı və SU-24 bombardmançı təyyarələri qaldırılıb və onlar Niderland freqatından təhlükəsiz məsafədə manevrlər ediblər. Bundan sonra “Evertsen” hərəkət istiqamətini dəyişib. Maraqlıdır, iyunun 23-də Britaniyanın “Defender” gəmisinin Rusiya sərhədlərinin təxribat xarakterli pozması hadisəsindən sonra NATO-dan olan çağırılmamış qonaqlar Rusiyadan nə cür reaksiya gözləyirdilər ki? Burada müzakirə etməli bir şey yoxdur.

Böyük Britaniya və Niderland dənizdə hərbi gücü yalnız imitasiya etməyə qadirdirlər və döyüş əməliyyatlarının aparılması üçün real resurslara malik deyillər. Bütün "Sea Breeze"lə Krımın sahillərindən keçməklə, yəni Rusiyanı onun ərazi sularında nəyəsə təhrik etməklə bağlı Kiyevdə sirkulyasiya edən planlar – Ukrayna və NATO hərbi dəniz qüvvələrinin intiharı ola bilər.

Sonuncu xəbərdarlıq

İyunun 30-da Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Krım sahillərində həyata keçirilən "mürəkkəb təxribat" zamanı Britaniyaya məxsus HMS “Defender” gəmisi ilə sinxron şəkildə ABŞ-a məxsus kəşfiyyat təyyarəsi də hərəkət edib.

"Hətta biz o gəmini batırmış olsaydıq belə, dünyanın üçüncü dünya müharibəsi astanasında dayandığını təsəvvür etmək çətin olardı. Çünki bunu edənlər bilirlər ki, bu müharibədən qalib çıxa bilməzlər. Bu, çox vacib şeydir", - deyə Rusiya prezidenti sərt şəkildə bildirib.

Rusiya dövlət başçısı qeyd edib: "Biz öz ərazimizdə özümüz naminə, gələcəyimiz naminə mübarizə aparırıq. Axı biz min kilometrlərlə keçib onlara getməmişik, su ilə üzüb, hava ilə uçub gəlməmişik – bizim sərhədlərə yaxınlaşan və dəniz ərazimizi pozan onlardır".

ABŞ və NATO-nun gücdə dominantlığı dövrü keçmişdə qalıb və Əfqanıstan talibləri bir daha bunu xatırladır. Rusiyaya münasibətdə hərbi təhdidlər təhlükəlidir və ilk növbədə onları sadəlövhcəsinə formalaşdıranlar üçün. Rusiya Federasiyasının Qərbin aparıcı dövlətlərindən silahlanma sahəsində nəzərəçarpan texnoloji üstünlüyü ona Vaşinqton və Brüsselin diktə etməyə (təlqin etməyə) çalışdığı "qaydalara" məhəl qoymadan suveren xarici və daxili siyasət yürütməyə imkan verir.

ABŞ hərbi dəniz qüvvələri iyunun 30-da ABŞ-ın guya ki, Krım istiqamətində hərəkət edən "Ross" qırıcı gəmisi barədə məlumatı operativ şəkildə təkzib edib. Xatırladım ki, adı çəkilən gəmi 2017-ci ilin aprel ayında Suriyadakı Eş-Şayrat hava bazasına "Tomaqavk" raketləri ilə endirilmiş mənasız zərbədə iştirak edib və onun Fiolent burnuna doğru ehtimal olunan hərəkəti özlüyündə artıq bir təxribatdır. Hələ ki, nəticə çıxarmaq tezdir, “USS Ross” gəmisinin Odessada hərəkətsiz dayanması hələ “Sea Breeze-2021” manevrlərinin sonu deyil, lakin yenə də, hansısa konstruktivlik müşahidə edilməkdədir.

Digər xoş əlamətlər də var. Nüfuzlu “Forbes” məcmuəsi narahatlıqla belə yazır: ""Defender" gəmisi ilə bağlı insidentdən sonra, böyük ehtimal ki, Rusiya “Queen Elizabeth” gəmisinə qarşı daha da aqressiv ola bilər". Burada Rusiyanın hiper-səs "Kinjal" raketləri ilə silahlanmış MiQ-31K qırıcı təyyarələrinin Aralıq dənizinə uçuşları nəzərdə tutulur.

Britaniyanın “Independent” məcmuəsi yazır ki, "Rusiya ərazisinə soxulmuş hərbi gəmilərə qarşı atəş aça biləcəyini bəyan edir" və bədbin şəkildə əlavə edir:

"Gunboat (silah gəmisi) diplomatiyası Britaniyanın sönməkdə olan gücünü bərpa etməyəcək… Krım sahilləri yaxınlığında qarşıdurma Britaniya siyasətinin əsasında duran təhlükəli sadəlövhlüyü nümayiş etdirdi… Ukraynanın müdafiəsi barədə həddən artıq danışılması Kiyevdə bəzi adamlarda ABŞ, NATO və Böyük Britaniyanın bunun uğrunda Rusiya ilə mübarizəyə hazır olduğu barədə fikir doğura bilər, halbuki, 2014-cü il hadisələri onların bunu etməyəcəyinə dəlalət edir".

Aşkar görünür ki, "tərəfdaşlar" tədricən ayılırlar. Gec də olsa, heç olmamaqdan yaxşıdır.

Əgər sabah müharibə başlasa

Əgər Putinin aqressiv üzmə vasitələrinin "batırılması" barədə sözlərinə qayıtsaq, deyə bilərik ki, bunun üçün Rusiyanın çoxlu sayda variantları var. Niderland Hərbi Nazirliyi guya ki, “Evertsen” freqatının heyətinə və gəmi elektronikasına beş saat ərzində məsuliyyətsizcəsinə təzyiq göstərən Su-30SM və Su-24M təyyarələrinin raketlərində təhlükə sezib. Krımda, üfüqün o tayında isə bundan daha da güclü silah kompleksləri görünməz qalıb.

Özütuşlanan qanadlı raketlə təchiz edilmiş “Bastion” sahil raket kompleksi (SRK) müxtəlif tipli (müxtəlif su tutumlu) suüstü gəmiləri, o cümlədən sahildən 300 km məsafədə (digər məlumatlara görə, 500 km) olan təyyarədaşıyan həmlə qrupu gəmilərini vurmağa qadirdir. Hətta intensiv atəş və radioelektron müqavimət şəraitində olsa da, Kompleks 600 km məsafədə sahil boyu mühafizəni təşkil etməyə qadirdir və onun döyüş vəsiyyətinə gətirilməsi üçün 5 dəqiqə vaxt lazımdır. Startda çəkisi 3 ton olan raket səs sürətindən 2,5 dəfə daha yüksək sürətlə hədəfə doğru yönəlir və müasir hava hücumundan və raket hücumundan müdafiə sistemləri üçün praktiki olaraq tutulmazdır.

“Bastion” SRK divizionuna səkkiz buraxılış qurğusu daxildir, yəni daim 16 raket starta hazırdır. Divizionun tam döyüş komplekti 36 ədəd gəmivuran qanadlı raketdən ibarətdir.

Kompleks hədəfin dəqiq göstərilməsini tələb etmir. Onun əsas üstünlüyü daxilində olan "intellekt"dir ki, o da yaylım atəşi zamanı daha da effektivdir. Uçuş zamanı raketlər arasında daimi məlumat mübadiləsi baş verir və onlar avtomatik olaraq hədəfləri öz aralarında bölürlər (yalançı hədəflərə reaksiya vermədən). Hər bir raketin yaddaşında ehtimal olunan düşmənin döyüş gəmilərinin elektron portretləri var ki, bu da prioritet təşkil edən hədəflərə səyyar şəkildə hücum etməyə imkan yaradır. Proqram müstəqil şəkildə hücum taktikasını seçir, təcavüzkarın hava hücumundan müdafiə və radio-elektron mübarizə vasitələrinin imkanlarını nəzərə alır. Flaqman gəmisi sıradan çıxarıldıqdan sonra yaylım atəşinin digər "iştirakçıları" digər hədəflərə yönəldilir, bir hədəfə iki raketin dəyməsi istisna olunur. “Bastion” döyüş şəraitində ilk dəfə 2016-cı ildə quruda sınaqdan çıxarılıb – Suriyada yaraqlıların obyektlərinə endirilmiş raket zərbəsi dəqiq və məhvedici olub.

“Defender” və ya “Ross” kimi gəmilərin dəqiq məhv edilməsi üçün yaxın mənzilli "Bal" sahil kompleksinin səkkiz ədəd raketi kifayət edəcək. Gəmilərdə olan HHM sistemləri təqribən döyüş başlıqlarının 30%-ni sıradan çıxara biləcək. Çünki gəmilərin göyərtəsində raketəleyhinə sursatların sayı məhduddur, Krımda olan "Bal" kompleksinin birinin döyüş komplekti isə 64 raketdən ibarətdir.

Bundan əlavə, Qara dəniz donanmasının "Kolpino" sualtı qayığının heyəti iyunun 30-da su altında kompleks təlim keçirib. Adıçəkilən submarinanın göyərtəsində nəhəng raket-torpedo silahları (o cümlədən "Kalibr" qanadlı raketləri), müasir, avtomatlaşdırılmış informasiya-idarəetmə sistemi, habelə ən yeni inersiyalı naviqasiya kompleksi var.

Əgər "tərəfdaşlar" “Sea Breeze-2021” təlimlərinə döyüş aviasiyasını cəlb etmək istəsələr (Britaniyanın “Queen Elizabeth” gəmisindəki F-35 təyyarələri), onu deyək ki, Qara dəniz donanması və Cənub hərbi idarəsinin aviasiya birləşməsinin təyyarəçiləri iyunun 29-da Krımın hava hücumundan müdafiəsinin etibarlılığını yoxlayıblar. Təqribən iyirmiyə qədər təyyarə və vertolyot (Su-24, Su -27, Su -30SM, Mi-8, Ka-27) HHM heyətləri üçün yoxlama hədəfi qismində müxtəlif istiqamətlərdən, radiolokasiya sistemlərinin aşkar edə biləcəyi maksimum məsafədən və ən aşağı hündürlüklərdən uçuşlar həyata keçiriblər (qorunmaq üçün yerli relyefdən istifadə etməklə). S-400 Triumf və “Pansir” komplekslərinin heyətləri isə hədəfləri aşkar edərək elektron atəşi yerinə yetiriblər (faktiki atəş açılmadan).

Qara dənizdə müşahidə olunan hadisələrin üfüqünün o tərəfində bir çox maraqlı təfərrüatlar da var ki, onlar da ABŞ və NATO-dan olan çağırılmamış qonaqlar üçün təhlükəlidir.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала