BAKI, 28 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin və ÇXR sədri Si Tszinpin bazar ertəsi videokonfransın gedişində rəsmi surətdə "Mehriban qonşuluq, sülh və əməkdaşlıq haqqında" Rusiya-Çin müqaviləsinin müddətinin uzadıldığını elan ediblər. Bu barədə ÇXR Mərkəzi televiziyası xəbər verib.
"ÇXR sədri Si Tszinpin və RF prezidenti Vladimir Putin iyunun 28-də videokonfrans formatında görüş keçiriblər. İki dövlət başçısı birgə bəyanatla çıxış edərək rəsmi surətdə "Mehriban qonşuluq, sülh və əməkdaşlıq haqqında" Rusiya-Çin müqaviləsinin müddətinin uzadıldığını elan ediblər", - telekanalın xəbərində deyilir.
Müqavilə 2001-ci ilin iyulunda Vladimir Putinlə CXR sədri Tszyan Tszemin arasında Moskvada bağlanıb. Bu ilin martında Rusiya və Çin müqavilənin avtomatik olaraq növbəti beş il üçün uzadılması barədə razılaşıblar.