Münhendə "F" qrupunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Macarlarda qolları Adam Salai (11-ci dəqiqə) və Andraş Şafer (68) vurublar. Alman millisinin heyətində Kay Havers (66) və Leon Qoretska (84) fərqləniblər.
Rusiyalı referi Sergey Karasevin briqadasının idarə etdiyi oyuna stadionda 12413 azarkeş tamaşa edib.
Almaniya millisi dörd xalla qrupda ikinci yeri tutub və 1/8 finalda ingilislərlə oynayacaq. Macarıstan komandası iki xal toplayaraq qrup sonuncusu kimi çempionatı tərk edir.