CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ordu generalı: "Pakistan minaların təmizlənməsində təcrübəsini bölüşməyə hazırdır"

© State Border Service of Azerbaijan RepublicPakistan Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı və Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi arasında görüş
Pakistan Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı və Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi arasında görüş - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Abunə olmaq
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə Pakistanın ordu generalı Qamar Caved Bacva maraq kəsb edən istiqamətlər üzrə müsbət təcrübə mübadiləsinin həyata keçirilməsinə dair fikir bildiriblər.

 

BAKI, 22 iyun — Sputnik. İyun ayının 22-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, DSX-nin aparatında keçirilən rəsmi qarşılanma mərasimindən sonra ordu generalı Qamar Caved Bacva "Fəxri qonaqlar kitabı"na ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilmiş görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qonaqları salamlayaraq Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında ortaq tarixi irsə, ənənələrə və maraqlara söykənən münasibətlərin bütün istiqamətlərdə, o cümlədən sərhəd təhlükəsizliyi sahəsində uğurla inkişaf etdiyini vurğulanıb, 2018-ci ildə Pakistana səfəri zamanı Dövlət Sərhəd Xidmətinin nümayəndə heyətinə Pakistanın ordu rəhbərliyinin nümayiş etdirdiyi diqqət və yüksək qonaqpərvərliklə bağlı xoş xatirələrini bölüşüb.

© State Border Service of Azerbaijan RepublicPakistan Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Qamar Caved Bacvan DSX rəisi Elçin Quliyev tərəfindən qəbul edilib
Ordu generalı: Pakistan minaların təmizlənməsində təcrübəsini bölüşməyə hazırdır - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Pakistan Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Qamar Caved Bacvan DSX rəisi Elçin Quliyev tərəfindən qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu, hazırda azad edilmiş ərazilərimizdə dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilmiş, ərazi bütövlüyünün bərpası uğrunda Azərbaycanın ədalətli mübarizəsində Pakistan İslam Respublikasının hər zaman göstərdiyi dəstək və həmrəylik xüsusi qeyd edib.

© State Border Service of Azerbaijan RepublicPakistan Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Qamar Caved Bacvan DSX rəisi Elçin Quliyev tərəfindən qəbul edilib
Ordu generalı: Pakistan minaların təmizlənməsində təcrübəsini bölüşməyə hazırdır - Sputnik Azərbaycan, 1920, 22.06.2021
Pakistan Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Qamar Caved Bacvan DSX rəisi Elçin Quliyev tərəfindən qəbul edilib

Ordu generalı Qamar Caved Bacva Vətən müharibəsində qazanılmış qələbə münasibətilə təbriklərini ifadə etmiş, işğaldan azad olunmuş dövlət sərhədlərinin mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması, ərazilərin minalardan təmizlənməsi sahəsində Pakistan tərəfinin öz təcrübəsi ilə bölüşməyə hazırlığını bildirib.

Görüşdə tərəflər sərhəd mühafizəsi sahəsində birgə əməkdaşlıq fəaliyyətlərinin davam etdirilməsi, qarşılıqlı səfərlərin təşkili, maraq kəsb edən istiqamətlər üzrə müsbət təcrübə mübadiləsinin həyata keçirilməsini müzakirə ediblər.

Xəbər lenti
0