https://sputnik.az/20210621/Trkiy-millisinin-kapitan-AVRO-2020-d-komandasnn-biabr-xna-gr-zr-istyib-427273218.html
Türkiyə millisinin kapitanı AVRO-2020-də komandasının biabırçı çıxışına görə üzr istəyib
Türkiyə millisinin kapitanı AVRO-2020-də komandasının biabırçı çıxışına görə üzr istəyib
Sputnik Azərbaycan
Burak Yılmaz azarkeşlərin Türkiyə millisini Avropa çempionatındakı uğursuzluğa görə tənqid etmək haqlarının olduğunu dilə gətirib. 21.06.2021, Sputnik Azərbaycan
2021-06-21T00:01+0400
2021-06-21T00:01+0400
2021-11-16T23:56+0400
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427270692_0:5:3072:1743_1920x0_80_0_0_1afe1aea2e9ee52b1aa0376afce3f950.jpg
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427270692_0:0:3072:1931_1920x0_80_0_0_cbf7d74b70fa21445acd0fc96b89921f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, avro 2020, xəbərlər, dünya, azərbaycan
xəbərlər, avro 2020, xəbərlər, dünya, azərbaycan
Türkiyə millisinin kapitanı AVRO-2020-də komandasının biabırçı çıxışına görə üzr istəyib
00:01 21.06.2021 (Yenilənib: 23:56 16.11.2021) Burak Yılmaz azarkeşlərin Türkiyə millisini Avropa çempionatındakı uğursuzluğa görə tənqid etmək haqlarının olduğunu dilə gətirib.
Türkiyə yığmasının oyunçuları Avropa çempionatında biabır olub və buna görə üzr istəyirlər. Bunu komandanın kapitanı Burak Yılmaz deyib.
Türkiyə millisi AVRO-2020 "A" qrupunda keçirdiyi hər üç oyunda məğlub olub. İtaliya yığması ilə oyun 0:3, Uels yığması ilə 0:2, İsveçrə yığması ilə isə 1:3 hesabı ilə başa çatıb.
"Onu deyə bilərəm ki, komanda bu turnirə həqiqətən çox yaxşı hazırlaşmışdı. Biz tamamilə başqa şeylər barədə xəyallar qururduq. Kimləri biabır etmişiksə, hamısından üzr istəyirik, sizin bizi tənqid etməyə tam haqqınız var. İndi Türkiyə millisində yeni nəsil formalaşır və onlar çox şeyə nail ola bilərlər. Təəssüf ki, bu, AVRO-2020-yə təsadüf etmədi", - deyə Yılmaz jurnalistlərə bildirib.