“Bəyannamə ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
“Türkiyə 2020-ci ildə 1,8 % iqtisadi artım göstərərək pandemiya şəraitində iqtisadiyyatı kiçilməyən nadir ölkələrdən olmaqla yanaşı, bu il də 5 %-dən yüksək artım proqnozu ilə dünyada ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Türk iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul verə bilər. “Şuşa Bəyannaməsi” Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır. Xüsusən də, bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə qarant kimi qiymətləndirilməlidir. Şuşa bəyannaməsi ilə BP, “Signify” kimi qlobal şirkətlərin Qarabağda sərmayə yatırmaq niyyətləri bir-birini tamamlayır, Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. “Zəngəzur dəhlizi” Türkiyə-Rusiya iqtisadi əlaqələrinin də güclənməsinə imkanlar aça bilər” – deyə o bildirib.
Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz