Avropa şempionatının qrup mərhələsinin oyununda İngiltərə yığmasının futbolçuları Şotlandiya komandası ilə heç-heçə oynayıblar.
D qrupunun "Uembli" stadionunda keçirilmiş ikinci tur oyunu 0:0 hesabı ilə başa çatıb. Görüşü stadiondan 20306 azarkeş izləyib.
Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran İngiltərə Çexiya ilə birlikdə ilk iki pilləni bölüşdürür. Şotlandiya və Xorvatiyanın isə 1 xalı var.
Qrup mərhələsinin son turunda iyunun 22-də ingilislər çexlərlə, şotlandlar isə xorvatlarla qarşılaşacaqlar.