BAKI, 18 iyun — Sputnik. Futbol üzrə İsveç yığma komandası Avropa çempionatının qrup mərhələsində Slovakiya komandası üzərində qələbə çalıb.
"E" qrupunda ikinci turda keçirilən oyun 1:0 hesabı ilə isveçlilərin xeyrinə başa çatıb. Oyunda yeganə qolu 77-ci dəqiqədə penaltidən Emil Forsberq vurub. Stadinda 11525 tamaşaçı olub.
Xatırladaq ki, ilk turda İsveç millisi İspaniya komandası ilə heç-heçə oynayıb (0:0), Slovakiya millisi isə Polşa komandasına qalib gəlib (2:1).
İspaniya və Polşa komandaları arasında ikinci turun oyunu şənbə günü keçiriləcək.
İyunun 23-də İsveç komandası qrup mərhələsinin son turunda Sankt-Peterburqda Polşa komandası ilə, slovaklar isə Sevilyada ispanlarla qarşı-qarşıya gələcəklər.