Romanın "Stadio Olimpiko"su özünün 80 ildən yuxarı olan tarixi ərzində çoxsaylı əfsanəvi oyun görüb. Tibr çayının sahilində yerləşmiş arena 1968 (həmin vaxt İtaliya tarixində yeganə dəfə qitənin birinicsi olub) və 1980-cil Avropa çempionatlarının finalını, 1990-cı il finalını və dörd dəfə Çempionlar kubokunun/liqasının finalını qəbul edib.
Türk və italyan futbolçuların məşqi alqışlarla qarşılandı. Aydındır ki, alqışların əsas hissəsi "Skuadra Adzurra"nın oğlanlarının ünvanına yönəlmişdi. AVRO-2020-nin açılış matçından öncə oyunçulara məşq üçün 30 dəqiqədən bir az artıq vaxt ayrılmışdı. Artıq Bakı vaxtı ilə 22:33-də, iks vaxtına iki dəqiqə qalmış məsul şəxslər ehtiyat oyunçulardan qazonda qalanları kənara doğru yola salmağa başladılar. Yəni, uşaqlar, qaçdınız, indi isəşouya yer vermək zamanıdır.
Planlaşdırılmış vaxtda yüz milyonlarla tamaşaçı və "Stadio Olimpiko"dakı on minlərlə azarkeş monitorların ekranında geri sayımın şahidi oldular: 15 - kadrda 1960-cı ildə ilk Avropa çempionu olmuş SSRİ yığmasıdır; 14 - ekranda 1964-cü ildə SSRİ yığmasına bir daha çempion olmağa imkan verməmiş İspaniya millisidir; 13, 12… 1. Bir dəqiqə ərzində təşkilatçılar Avropa çempionatının bütün 15 finalının necəolduğunu göstərdilər.
Bir an sonra estafeti İtaliya yığmasının heyətində 2006-cı ilin dünya çempionları Alessandro Nesta və "Roma İmperatoru" Françesko Totti qəbul etdilər. "Latsio" və "Roma"nın heyətlərində oynamış Roma futbolunun simvolları Avropa çempionatından ötrü darıxmış azarkeşləri "Ciao, Europa!" sözləri ilə salamlayıblar. Ondan əvvəl isə İtaliya paytaxtının hava məkanını İtaliya HHQ-nin Frecce Tricolori pilotaj qrupundan olan təyyarələr yarıb keçdilər.
Reaktiv mühərriklərin səsi kəsməmiş gecənin səs müşayiəti İtaliya dövlət polis ansamblının ixtiyarına keçdi. Məşhur milli kompozisiyalardan ibarət popurriyə stadiondakı azarkeşlər də səs verdilər. Sonra AVRO-2020-nin 24 iştirakçı komandasının bayraqlarını simvolizə edən böyük hava şarlarının növbəsi çatdı.
Atəşfəşanlıq sədaları altında barabançılar stadiona doğru yönəlirlər. Onların möhtəşəm stadionun mərkəzinə doğru yolunu dəqiq ritmik zərbələr müşayiət edir. Havaya qalxan şarlardan son top atəşi eşidilir. Pirotexniki tüstü dağılan kimi, stadionun mərkəzinə sanki süzərək gümüşü donda yaraşıqlı bir qız yönəlir. Tamaşaçılar onun gözəlliyindən doymamış, ilk 3D effekt peyda olur: futbol qazonunun dərinliyindən hər tərəfə virtual şarlar yönəlirlər.
Şoua daha bir dünya səviyyəli ulduz qoşulur. İtalyan opera tenoru Andrea Boçelli canlı olaraq Cakomo Puççininin "Turandot" operasından Nessunun ariyasını ifa etdi. Möhtəşəm səs "Stadio Olimpiko"da hər kəsi susmağa məcbur etdi. Ondan arxada isə həmin bayraq şarlar birləşərək vahid futbol Avropasını simvolizə etməyə başladılar. Şarların üzərində atəşfəşanlıq fonunda xeyli hündürə qalxan bayaqkı qız kompozisiyanın apofeozu oldu.
Mərasimin sonunda tamaşaçılar bir ay ərzində çempionatın oyunlarının keçiriləcəyi 11 şəhərin adının çəkildiyi çarxı gördülər. Real stadion öz yerini virtual stadiona verdi. Bu yeni şou ən yeni texnologiyaların köməyilə arenanı 3D şəraitdə yaratmış ən qabaqcıl studiyalar tərəfindən Londonda və "Stadio Olimpiko"da çəkilib və montaj edilib.
İtaliya - Türkiyə oyunundan əvvəl sonuncu mahnını məşhur dicey və prodüser Martin Qarriks və U2 Bono və Edc qrupunun üzvləri ifa etdilər. Onlar bir yerdə çox gözəl şəkildə özləri tərəfindən yazılmış AVRO-2020-nin "We Аre The People" himnini səsləndirdilər.