Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bir neçə küçə avtomobillərin hərəkətinə tam bağlanıb

© Sputnik / Irade JELILBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Xəbərlərə abunə olun
Vaqif Əsədov: "Sürücülərin və azarkeşlərin qeyd olunan istiqamətlər üzrə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyünü nəzərə alaraq əvvəlcədən müəyyən edilən istiqamətlərdə hərəkət etməsini tövsiyə edirik"

BAKI, 12 iyun — Sputnik. Bakı Olimpiya Stadionuna gedən yola bitişən, kəsişən və paralel olan küçələrdə avtomobillərin hərəkətinə tamamilə məhdudiyyət qoyulub.

Sputnik Azərbaycan xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədovun sözlərinə görə, Olimpiya Stadionu istiqamətinə azarkeşlərin, iştirakçıların, komandaların və qonaqların hərəkəti yalnız xüsusi ayrılan ictimai nəqliyyat vasitələri ilə həyata keçiriləcək.

"Bu barədə bir neçə gün əvvəl əhaliyə məlumat verilmişdi. Artıq paytaxtın Səməd Vurğun parkının qarşısı və "Qara Qarayev" metrosunun ətrafından hərəkət edən xüsusi ictimai nəqliyyat vasitəsi ilə tamaşaçıların daşıması həyata keçiriləcək.

Eyni zamanda azarkeşlər və iştirakçılar "Koroğlu" metro stansiyasından piyada olaraq Olimpiya stadionu istiqamətində sərbəst hərəkət edə biləcəklər. Onu da qeyd edim ki, AVRO-2020 oyunları zamanı təhlükəsizliyinin qorunması üçün polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Olimpiya stadionu ilə ona bitişik ərazilər polis tərəfindən tam nəzarətə götürülüb".

"Sürücülərin və azarkeşlərin qeyd olunan istiqamətlər üzrə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyünü nəzərə alaraq əvvəlcədən müəyyən edilən istiqamətlərdə hərəkət etməsini tövsiyə edirik. Paytaxtda baş tutan oyunların ölkəmiz üçün önəmini nəzərə alaraq hər bir vətəndaşı polis əməkdaşları ilə həmrəy olmağa dəvət edirik".

Bakıda AVRO-2020 oyunları 

Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyun keçiriləcək. Bunlar "A" qrupunda İsveçrə-Uels (12 iyun), Türkiyə-Uels (16 iyun) və İsveçrə-Türkiyə (20 iyun) oyunlarıdır. Bundan əlavə, iyulun 3-də Bakıda AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

Eləcə də oxuyun:

  • AFFA rəsmisi Avro-2020 üçün hazırlıqlardan danışır

  • Yarış keçirilən müddətdə ictimai nəqliyyat necə işləyəcək - hamının bilməsi vacibdir

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала