AVRO-2020-də ilk vurulmuş qol Türkiyənin qapısına vurulan avtoqol oldu

© Powered by UEFA.com FILIPPO MONTEFORTE - Powered by Getty Images/UEFAПервый забитый мяч ЕВРО-2020
Первый забитый мяч ЕВРО-2020  - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Türkiyə millisinin müdafiəçisi Merih Dəmiral italyan Domeniko Berardinin ötürməsinin qarşısını alarkən topu öz komandasının qapısına yönəldib.

Futbol üzrə 2020-ci il Avropa çempionatında ilk qolun müəllifi Türkiyə yığmasının futbolçusu Merih Dəmiral olub. Dəmiral turnirin açılış oyununda İtaliya komandasına qarşı görüşdə topu öz qapılarına vurub.

AVRO-2020 cümə günü start götürüb. Turnirin açılış oyunu A qrupunda Türkiyə və İtaliya yığmaları arasında Romanın Olimpiya statdionunda keçirilir. Merih Dəmiral 53-cü dəqiqədə topu öz qapısına vurub.

Koronavirus pandemiyasına görə bir il təxirə salınmış AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Xəbər lenti
0