BAKI, 3 iyun — Sputnik. Azərbaycanda bu gün 50 988 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 769 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 418 082, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 497 993, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 920 089 nəfər təşkil edir.
Qeyd edək ki, iyunun 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 54 379 doza vaksin vurulub.
Eləcə də oxuyun:
-
Vaksinasiyaya müraciət edənlərin sayı artır
-
İki məşhur vaksinin müqayisəli ölüm göstəriciləri: etibarı düzəltmək istəyirdi...