Eks baş nazir Çindən qorxmamağa çağırdı

© AP Photo / Ng Han GuanÇin bayrağı, arxiv şəkli
Çin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
Avstraliya "Bir kəmər, bir yol" layihəsi ilə bağlı müqavilələri ləğv edib. Eyni zamanda Çinin ən böyük telekommunikasiya firması olan "Huavey"in ölkə ərazisində 5G şəbəkəsi qurmasını qadağan edib.

BAKI, 31 may — Sputnik. Ölkələr Çinin böyüyən iqtisadi və geopolitik gücünə qarşı birləşməlidirlər.

Sputnik Azərbaycan xəbər verir ki, bunu BBC-yə açıqlamasında keçmiş Avstraliya baş naziri Kevin Rad deyib.

Eks baş nazir bildirib ki, qərb ölkələri gərək insan hüquqları kimi məsələlərlə bağlı Çinə çağırış etməkdən qorxmasınlar:

“Əgər Çinlə hansısa anlaşmazlığınız varsa, bunu tək tərəfli deyil, bir çox ölkələrlə birlikdə Çinə qarşı ifadə etmək lazımdır. Bu birlik Çinə təsir etməyi asanlaşdırır”.

Radın bu açıqlamalarının son iki ildə pisləşən Avstraliya-Çin münasibətləri ilə əlaqəsi olduğu bildirilir.

Qeyd edək ki, Avstraliya "Bir kəmər, bir yol" layihəsi ilə bağlı müqavilələri ləğv edib. Eyni zamanda Çinin ən böyük telekommunikasiya firması olan "Huavey"in ölkə ərazisində 5G şəbəkəsi qurmasını qadağan edib.

2007-2013-cü illərdə ərzində iki dəfə hökumət başçısı olmuş Rad hazırkı hökumətin Çinlə davranışlarını tənqid edir.  O düşünür ki, bu cür yanaşmalar zamana-zaman əks-effekt verə bilər.

Xəbər lenti
0