CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ukraynada Nizami Gəncəvinin heykəli ucaldılacaq

© pixabay / ZephyrkaВид на город Киев, фото из архива
Вид на город Киев, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.05.2021
Abunə olmaq
Tədbirdə iştirak edən Ukrayna, Azərbaycan və Türkiyə İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev isə heykəl ətrafında xüsusi fəvvarənin inşa ediləcəyini, ora gələn şəhər sakinlərinin istirahəti üçün digər müvafiq işlərin aparılacağını qeyd edib.

BAKI, 28 may — Sputnik. Ukraynada, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli ucaldılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Azərbaycanın Ukraynadakı səfirliyi ilə Taras Şevçenko adına Kiyev Milli Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova ilə Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, professor Vladimir Buqrov imzalayıb.

E.Axundova bildirib ki, 2021-ci ilin dahi şair "Nizami Gəncəvi İli" elan edilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamından irəli gələrək Ukraynanın Xarkov və Kiyev şəhərlərində mütəfəkkirin heykəli ucaldılacaq: "Sizə və rəhbər heyətinizə universitetin Nəbatat Bağında Nizami Gəncəvinin heykəlinin ucaldılmasına verdiyiniz səmimi dəstəyə görə təşəkkür edirəm. Bu, bir daha Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir. Azərbaycan Ukraynanın səmimi dəstəyinin 44 günlük Vətən müharibəsində də şahidi oldu".

Səfir deyib ki, Nəbatat Bağında Nizami Gəncəvinin heykəli ətrafında təmir-bərpa işləri də həyata keçiriləcək. Bu işlər isə Ukrayna, Azərbaycan və Türkiyə İş Adamları və Sənayeçiləri Birliyi tərəfindən yerinə yetiriləcək. Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədovdur.

V.Buqrov öz növbəsində vurğulayıb ki, Nizami Gəncəvi kimi dahi bir mütəfəkkirin Kiyevdə heykəlinin ucaldılmasından məmnundur: "Bu hadisə Ukrayna və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcək. Ukraynada Azərbaycanın tanınmış simalarının heykəlləri olduğu kimi, Azərbaycanda da bizim ölkənin tarixi şəxsiyyətlərinin heykəlləri mövcuddur. Bu praktikanı inkişaf etdirmək yalnız xoş təəssürat yaradır".

Tədbirdə iştirak edən Ukrayna, Azərbaycan və Türkiyə İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev isə heykəl ətrafında xüsusi fəvvarənin inşa ediləcəyini, ora gələn şəhər sakinlərinin istirahəti üçün digər müvafiq işlərin aparılacağını qeyd edib.

Sonda Taras Şevçenko adına Kiyev Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq sazişinin yenidən imzalanması, azərbaycanlı tələbələrin Ukraynada təhsili və digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.

Xəbər lenti
0