CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusa yoluxma əhəmiyyətli dərəcədə azaldı

© Photo : The State Customs Committee of ARТест на короновирус в Госпитале Таможенного Комитета, фото из архива
Тест на короновирус в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
İndiyədək ölkədə ümumilikdə 331040 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 317609 nəfər müalicə olunaraq sağalıb, 4814 nəfər vəfat edib. 8617 nəfər aktiv xəstə sayını təşkil edib.

BAKI, 19 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 331040 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 317609 nəfər müalicə olunaraq sağalıb, 4814 nəfər vəfat edib. 8617 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10568, bu günə qədər isə ümumilikdə 3414614 test icra olunub.

Xatırladaq ki, mayın 18-də Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınmış, 1024 nəfər müalicə olunaraq sağalmışdı. Ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Həmçinin oxuyun:

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı

Xəbər lenti
0