Zakir Həsənov prezidentin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərə getdi

© AR Ministry of DefenceMüdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
General-polkovnik Z.Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

BAKI, 11 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissədə olub.

Sputnik Azərbaycan Nazirliyin saytına istinadla xəbər verir ki, müdafiə naziri bölmələrdə aparılan işlərlə tanış olaraq hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb.

1/2
2/2
1/2
2/2

General-polkovnik Z.Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri hərbi qulluqçularla birgə nahar süfrəsi arxasında söhbət aparıb.

Xəbər lenti
0