Prezidentdən yüksək vəzifələrə təyinatlar

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan, 1920, 06.05.2021
Abunə olmaq
Dövlət başçısının digər sərəncamı ilə M.Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.

BAKI, 6 may — Sputnik. Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Dövlət Vergi Xidmətinə yeni rəis təyin edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Mətin Balasən oğlu Eynullayevi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə M.Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə də yeni rəis təyin edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu vəzifəyə Orxan Faiq oğlu Nəzərli təyin olunub.

Xəbər lenti
0