BAKI, 6 may — Sputnik. Azərbaycanda Ramazan bayramında heç bir əlavə məhdudiyyət tətbiq edilməyəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləru bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bildirib.
O, deyib ki, bayram günlərində yeganə məhdudiyyət ictimai nəqliyyatla bağlı olacaq. Teymur Musayev Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək 18 yaşdan yuxarı hər kəsi vaksin olunmağa, bu imkandan yararlanmağa səsləyib