Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml ABŞ-a hansı Türkiyənin lazım olduğu barədə

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidВид на Кремль в центре Москвы, фото из архива
Вид на Кремль в центре Москвы, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.04.2021
Xəbərlərə abunə olun
НовостиTelegram
"Ərdoğanın əminliklə Türkiyəni irəli aparması Vaşinqtonun xoşuna gəlmir, onlar sözəbaxan Türkiyəyə üstünlük verərdilər".

BAKI, 29 aprel — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz ölkəsini necə irəli aparması Vaşinqtonun xoşuna gəlmir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci kanalın efirində bildirib.

"Türkiyənin suverenliyi və Türkiyənin suveren bir inkişaf kursuna sadiq qalması – bu artan diqqət predmeti və NATO-nun narahatlığı, ABŞ-ın narahatlığı üçün predmetdir. Ərdoğanın əminliklə Türkiyəni irəli aparması Vaşinqtonun xoşuna gəlmir, onlar sözəbaxan Türkiyəyə üstünlük verərdilər. Lakin bu, belə deyil. Türkiyə indi fərqlidir, inamla ayaqları üzərində dayanır", - deyə Peskov bildirib.

Xəbər lenti
0