BAKI, 29 aprel - Sputnik. Rövşən Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə R.Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.