BAKI, 26 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin xidmətə çağırılması barədə sərəncam imzalayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Sərəncam aprelin 26-dan qüvvəyə minir.
Qərara əsasən, hökumət və regional rəhbərlik ehtiyatda olan şəxslərin çağırılması və hərbi təlimlərə cəlb olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.