Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA EURO 2020 qrup mərhələsinin üç oyununu Dublindən Sankt-Peterburqa keçirdi

© Sputnik / Alexey Danichev / Mediabanka keçidЛоготип ЕВРО-2020
Логотип ЕВРО-2020 - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
Əvvəl İrlandiyanın paytaxtında keçirilməsi planlaşdırılan 1/8 final oyunu Londonda baş tutacaq, dörd oyun isə Bilbaodan Sevilyaya keçirilib.

BAKI, 23 aprel — Sputnik. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) "EURO 2020" qrup mərhələsinin üç oyununun Dublindən Sankt-Peterburqa keçirildiyini bəyan edib.

"Əvvəlcədən Dublində keçirilməsi planlaşdırılan E qrupunun üç oyunu Sankt-Peterburq stadionunda baş tutacaq. Bundan başqa, şəhər B qrupunun üç qarşılaşmasına və 1/4 finala ev sahibliyi edəcək. Dublində keçirilməsi nəzərdə tutulmuş "EURO 2020"-nin 1/8 final oyunu isə "Uembli" stadionunda baş tutacaq", – deyə qurumun yaydığı press-relizdə bildirilir.

İspaniyanın Bilbao şəhərində keçirilməsi planlaşdırılan turnirin dörd oyunu isə Sevilyaya keçirilib. Sevilya şəhərinin rəhbərliyi azarkeşlərin 30%-nin stadiona buraxılmasına icazə verib.

Çempionlar Liqasında final həyəcanı: Bavariya tarixində altıncı dəfə turnirin qalibi oldu - Sputnik Azərbaycan, 1920, 19.04.2021
İDMAN
UEFA rəhbəri: "Superliqadakı futbolçular nə dünya, nə də Avropa çempionatında olacaqlar"

Bununla yanaşı, UEFA İcraiyyə Komitəsi Münhendə keçirilməsi nəzərdə tutulan oyunlarla bağlı qərara dəyişiklik etməyib. Bu alman şəhərinin rəhbərliyi isə stadiona ən azı 14500 tamaşaçının buraxılacağını təsdiqləyib.

"Oyunlarda təhlükəsizliyi təmin etmək və bayram əhval-ruhiyyəsi yaratmaq üçün yerli assosiasiyalar və hakimiyyət orqanları ilə çox çalışmışıq. Tamaşaçıları bütün oyunlarda salamlayacağımızdan məmnunam. UEFA gələcək oyunlara ev sahibliyi etmək üçün yaxşı şəhərlər sayılan Bilbao və Dublinə, eləcə də İspaniyanın və İrlandiyanın milli və regional hökumətləri və bütün yerli tərəfdaşlarına fədakarlıqları, peşəkarlıqları və göstərdikləri səylərə görə öz təşəkkürünü bildirir", – deyə UEFA-nın rəhbəri Aleksander Çeferin bəyan edib.

Xəbər lenti
0