BAKI, 18 aprel - Sputnik. Aprelin 17-də saat 20 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran Arif Quliyev minaya düşüb və nəticədə onun sol ayağı amputasiya edilib.
© Sputnik / Stringer Arif Quliyev
Arif Quliyev
© Sputnik / Stringer
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, A.Quliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır.
© Sputnik / Stringer Arif Quliyev
Arif Quliyev
© Sputnik / Stringer
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: "Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər".