Müdafiə Nazirliyi Ağdam rayonunun Saybalı kəndindən yeni videogörüntülər yayıb.
Kənd 4 iyul 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
Ağdam rayonu və onun kəndləri artıq erməni işğalından azad edilib. Bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Bəyanat əsasında Ağdam rayonu və onun bir sıra kəndləri 2020-ci ilin noyabrında Azərbaycan Respublikasına təhvil verilib.
Sputnik Azərbaycan Ağdam rayonunun Saybalı kəndindən çəkilmiş ən son görüntüləri təqdim edir.