CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgədə təhlükəsizliyin gücləndirilməsi üçün yeni format yaradılıb - Ceyhun Bayramov

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidМинистр иностранных дел Азербайджана Джейхун Байрамов принимает участие в заседании Совета министров иностранных дел стран Содружества Независимых Государств в широком составе
Министр иностранных дел Азербайджана Джейхун Байрамов принимает участие в заседании Совета министров иностранных дел стран Содружества Независимых Государств в широком составе - Sputnik Azərbaycan, 1920, 02.04.2021
Abunə olmaq
Nazir beynəlxalq ictimaiyyətin və xüsusilə də, MDB-yə üzv dövlətlərindən ən yaxın tərəfdaşlarımızın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpasına dəstəyini gözlədiyimizi deyib

BAKI, 2 aprel - Sputnik. Azərbaycan üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir və üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında çıxış edərkən deyib.

Ceyhun Bayramov eyni zamanda, Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatına zidd əməllərinə diqqəti cəlb edib, o cümlədən Ermənistan hərbçilərinin Azərbaycan Respublikası ərazisinə qanunsuz daxil olmaq cəhdlərini, habelə Ermənistanın indiyədək Azərbaycana işğaldan azad olunmuş ərazilərinin minaların basdırılması məlumatının Azərbaycana təqdim etmədiyini bildirib.

Самоходная пусковая установка 9П78-1 Искандер-М  - Sputnik Azərbaycan, 1920, 02.04.2021
QARABAĞ
"İskəndər" müəmması: Kreml deyir, olmayıb

O, 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın qəbul edilməsində Rusiya Federasiyasının səyləri xüsusilə də, Prezident Vladimir Putinin fəal vasitəçiliyini təqdir edib. 

Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən xarici işlər naziri bölgədə təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi üçün yeni bir formatın yaradıldığını məmnunluqla vurğulayıb.

Ceyhun Bayramov tədbir iştirakçılarının diqqətini işğal zamanı bütün şəhərlər və qəsəbələrin dəhşətli dağıntılara və vandalizm əməllərinə məruz qaldığına, dini və mədəniyyət abidələrinin qəsdən talan edilməsinə, məscidlərin donuz tövləsinə çevrilməsinə yönəldib. Hazırda bu ərazilərin yenidən qurulması və bərpa olunması işlərinin həyata keçirildiyini qeyd edib. O, həmçinin üçtərəfli bəyanatlar çərçivəsində əldə olunan razılaşmaları yüksək qiymətləndirərək, kommunikasiyaların açılmasının bütün regionun xeyrinə olacağını və  regional əməkdaşlıq üçün yeni perspektivlər açacağını deyib.

Çıxışın sonunda nazir beynəlxalq ictimaiyyətin və xüsusilə də, MDB-yə üzv dövlətlərindən ən yaxın tərəfdaşlarımızın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası, bu ərazilərdə dinc yanaşı yaşamaq üçün müvafiq şərait yaradılması məsələlərində dəstəyinə ümid bəslədiyimizi səsləndirib.

 

Xəbər lenti
0