CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Sərhəd Xidməti təkzib etdi

© State Border Service of Azerbaijan RepublicQubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi
Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi  - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Abunə olmaq
"Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir"

BAKI, 27 mart — Sputnik. 26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilib.

Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda belə deyilir.

"Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətəuyğun deyildir və qərəzli xarakter daşıyır.

Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir" - məlumatda bildirilir.

Xəbər lenti
0