Zaur Tahirsoy: “Film barəsində tarixçilərin də fikirləri öyrəniləcək”
Azərbaycanlı kinomatoqraflar Qarabağda baş verən tarixi hadisələrlə bağlı “Yox içində Xarı Bülbül” film layihəsinə start veriblər. Layihə haqqında Sputnik Azərbaycana danışan filmin rejissoru Zaur Tahirsoy deyib ki, film ermənilərin Qarabağa köçürülməsi və Qarabağ xanın qızı Ağabəyim ağa haqqındadır.
“Filmin ssenarisi görkəmli yazıçımız İlyas Əfəndiyevin “Qarabağnamə” əsərinin motivləri əsasında qurulacaq. Filmin çəkilməsi üçün dövlət dəstəyi lazımdır. Çəkilişlərin Şuşa şəhərində aparılması və on iki serialı bədii filmin çəkilməsi planlaşdırılır. Film barəsində tarixçilərin də fikirləri öyrəniləcək və ümumi məntiqi ardıcıllıq qorunacaq”, - deyə rejissor bildirib.
Zaur Tahirsoyun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz