Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Pərvanə Vəliyeva: “Vərəmin aşkarlanması sürətlənməsə, 8 il geri gedəcəyik”

© Sputnik / Nigar IskanderovaPərvanə Vəliyeva
Pərvanə Vəliyeva - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyir ki, hazırda vərəm əleyhinə istifadə olunan vaksinin təxminən yüzə yaxın yaşı var və yenilənməsinə ehtiyac duyulur
Pərvanə Vəliyeva: “Vaksinə müalicədən daha effektiv hesab edilir”

Hər il martın 24-ü dünyada beynəlxalq vərəmlə mübarizə günü kimi qeyd olunur. Bununla bağlı Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində tədbir keçirilib.

Tədbirdə çıxış edən Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyib ki, vərəmin erkən aşkarlanması və diaqnostikası həyat xilasedici ola bilər və bu  çox önəmlidir:

“Vaksinə gəldikdə onu deyə bilərəm ki, bu, müalicədən daha effektiv hesab edilir. Hazırda istifadə olunan vaksinin təxminən yüzə yaxın yaşı var və yenilənməsinə ehtiyac duyulur. COVİD-19-la bağlı aparılan vaksin araşdırmaları vərəm üçün yeni vaksinin ərsəyə gəlməsinə stimul ola bilər. Hazırda vərəmlə mübarizədə müvəqqəti azalma müşahidə edirik. Təkcə ölkəmizdə deyil, bütün dünyada vərəmə yoluxan şəxslərin aşkarlanması azalıb. Bu azalmaların nələrə səbəb olacağı ilə bağlı hesabatlar hazırlanıb. Hesabatlarda göstərilib ki, hazırda vərəmin aşkarlanmasını sürətləndirə bilməsək, onunla mübarizədə 8 il geri gedəcəyik”.

Pərvanə Vəliyevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0